Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü Ucar rayonunda da anıldı.

20 yanvar 2016 | 16:00

“20 Yanvar” faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 15 dekabr 2015-ci il tarixli, 96 saylı Sərəncamını icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi məqsədi ilə Ucar rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilmişdir.

Tədbirlər planına uyğun  olaraq rayonunun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.

Rayonda fəaliyyət göstərən təhsil, mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsislə tədbirlər  keçirilmişdir.

20 yanvar 2015-ci il tarixdə şəhidlər xiyabaınında şəhid məzarları rayon ictimaiyyəti tərəfindən yad edilərək onların xatirəsinə dualar oxunmuşdur.

Sonra rayon mərkəzində yerləşən  “Aran” sarayda Şəhidlərin xatirəsinə ehsan süfrəsi verilmişdir.

Keçidlər