Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədov Ucar rayon ictimaiyyəti ilə görüşü keçirildi
Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədov Ucar rayon ictimaiyyəti ilə görüşü keçirildi. Görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq ölkədə həyata keçirilən antiböhran tədbirləri, süni qiymət artımına qarşı mübarizə və qarşıda duran məsələlər haqqında məlumat verdi.
Daha sonra Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində vaxtında aparılan islahatlar və görülən tədbirlər, neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişaf etdirilməsi sahəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olub. Baş verən inflyasiyaya baxmayaraq dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir, bir çox sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılır. Sahibkarlığa göstərilən diqqət və qayğı nəticəsində daxili məhsulların artırılmasında hər kəs öz töhfəsini verməli olduğu vurğulanmışdır.
Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, rayon uşaq xəstəxanasının həkimi, rayon Qadınlar Şurasının sədri Səidə Ələkbərova, şəhər 5 saylı tam orta məktəbin direktoru, Respublika “Bilik” fondu Ucar rayon nümayəndəliyinin rəhbəri Hakim Nəcəfov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev, rayonun Rəstəcə kənd tam orta məktəbin direktoru, Qarabağ Müharibəsi Əlilləri, şəhid ailələri və Veteranlar İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, sahibkar, Qazyan kəndi Nadir Nuriyev çıxış edərək hazırkı vəziyyətdə dövlət qayğısının göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirməklə ucarlıların daima ətrafında sıx sıralarla birləşdiklərini bildirmişlər.