Şriftin ölçüsü :

Saytın rəngi :

02 fevral-Gənclər günündə ali məktəb tələbələri ilə görüş keçirilmişdir.

02 fevral 2016 | 16:00

      02 fevral-Gənclər günü münasibətilə Aran sarayda respublikanın ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilmişdir.
İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək gənc nəslin qarşısında duran vəzifələrə toxunmuş, tələbələrə savadlı kadr kimi gələcəkdə bütün sahələrdə uğurlar qazanmalarını arzulamışdır.

Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi Səbinə Məmmədli, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Sona Məmmədova, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Arif Məmmədov, Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov, rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov çıxış edərək gənclərə layiqli vətəndaş olmağı arzuladılar.

Bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri, qiymətli hədiyyələr verilmişdir.

 

Keçidlər