Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ildə Ucar rayonunda sosial-iqtisadi sahədə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun Hesabatı

29 fevral 2016 | 16:00

Ucar rayonunda 2015-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keşirildi. Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. Rayonun bütün sahələrdə yüksəlişini və Prezident İlham Əliyevin Ucara səfərini əks etdirən videoçarx nümayiş etdirilib. Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov hesabat məruzəsində bildirib ki, ötən il sosial ləyihələrin icrası, quruculuq abadlıq işləri davam etdirilib. Ümumi məhsul buraxılışı 7 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 5.3 faiz artıb. 2015-ci ildə oktyabr ayının 6-da Prezident İlham Əliyev Ucar səfər edib. Dövlət başçısı Qazıqumlaq kəndində “FERMER” yol istirahət mərkəzində yaradılan şəraitlə, “UCAR AQRO” MMC-nin və Alpout kəndi ərazisində müasir quş əti emalı fabrikinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda Ucar rayon mərkəzi xəstəxanasının, gənclər mərkəzinin, yeni azərbaycan partiyası ucar təşkilatının, tarix diyarşünaslıq muzeyinin, Göyşay-Ucar avtomobil yolunun açılışında iştirak edib.

Rayon rəhbəri vurğulayıb ki, ötən il Heydər Əliyev prospektində və ondan yuxarı küçədə geniş miqyaslı quruculuq-abadlıq işləri aparılıb, yollar genişləndirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıqlar salınıb. Yaşayış evlərinin və fərdi mənzillərin dam örtükləri və fasad hissələri müasir görkəmə salınıb. Ucar şəhərinin girişi xüsusi layihə əsasında yenidən qurulub. 9-saylı ərazi vergilər idarəsinin xidmət mərkəzi, Ucar elektrik şəbəkəsinin inzibati binası tikilib. Küşə məhəllə və meydanlara ümumilikdə 100000-kvadratmetrdən çox asfalt örtüyü döşənib. İl ərzində 359-daimi olmaqla 418 yeni iş yeri açılıb. Kənd təsərrüfatı sahəsində də uğurlar qazanılıb. Ötən il 6-nəfər Qarabağ müharibəsi əlilinə fərdi ev tikilib. 13 kəndə mavi yanacaq verilib. Daha 16 yaşayış məntəqəsinin qazlaşdırılması üçün tədbirlər görülür. Qazyan və Qazıqulaq kəndlərində sutəmizləyici qurğular quraşdırılıb.

Hesabat yığıncağında rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev, rayon prokuroru Elşən Abdullayev, rayon Elektrik şəbəkəsinin rəisi şahmar İbrahimov, “Ucar-Aqro” MMC baş direktoru Rüfət Məmmədzadə, rayon Sukanal idarəsinin rəisi Asif Şirinov çıxış etmiş, bütün sahələr üzrə əldə olunan uğurlar və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Prezident  Adminstrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev ölkədə həyata keçirilən islahatların əhəmiyyətindən danışdı.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Keçidlər