"8 Mart" beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi
7 mart 2016-cı il tarixdə rayonda yaşayan şəhid ailələrinin, idarə, müəssisə və təşkilatlarda çalışan qadınların iştirakı ilə “Aran” sarayda bayram tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov bu əlamətdar gün münasibəti ilə qadınları təbrik edərək vurğuladı ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınlarının dünyada fəal rolunu təcəssüm etdirən ən yaxşı nümunədir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin qadın siyasəti prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayonda yaşayan rus icmasının sədri Valentina Perevertalova, Paraolimpiya çempionu Aynur Məmmədova, Qarabağ əlilləri və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev çıxış edərək Azərbaycan qadının cəmiyyətdəki rolunu və göstərən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.