Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarlı məktəbliləri Ucar-Lənkəran-Lerik-Astara-Ucar tur-aksiya üzrə yola salınması keçirildi

16 mart 2016 | 16:00

16 mart 2016-cı il tarixdə səhər saat 9:00 radələrində rayon mərkəzində Heydər Əliyev parkında “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya üzrə gedəcək Ucarlı məktəblilərin yola salınması keçirildi.

Rayonun 22 tam orta məktəbin nümunəvi təhsil alan 40 nəfər şagirdi 16-19 mart 2016-cı il tarixdə 4 gün 3 gecə respublikanın cənub bölgəsində-Lənkəran-Lerik-Astara rayonlarında olacaqlar.

Yolasalma tədbirində rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov məktəblilər qarşısında çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbirin əhəmiyyətini vurğulamış, məktəblilərə yaxşı yol arzuladı. Məktəblilərə Novruz xonçaları, səməni verilmiş, musiqi sədaları altında yola salınmışdılar.

Keçidlər