Ucarda “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi Ucar rayonunda “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
FHN-dən bildirmişlər ki, Ucar şəhər 1 nömrəli Texniki-humanitar təmayüllü məktəb-liseydə keçirilən tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, müəlilmlər və şagirdlər iştirak etmişlər.
Fövqəladə halların təsnifatı, eləcə də baş verən yanğınların səbəbləri barədə tədbir iştirakçılarına məlumat verilmişdir. Bildirilmişdir ki, köhnəlmiş elektrik naqillərindən, qeyri-standart elektrik cihazlarından istifadə yanğınlara, şəhər yerlərində isə ictimai yaşayış binalarının tüstü borularının vaxtında təmizlənməməsi dəm qazından zəhərlənmələrə səbəb olur.
Sonda Aran Regional Mərkəzinin və Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları yanğın təhlükəsizliyi qaydalarından danışmış, görüş iştirakçılarının suallarını cavablandırmışlar.