31 Mart-Azərbaycanlıların soyqırımı həsr olunmuş Ucar rayonunda elmi praktiki konfrans keçirildi
31 mart 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalnda Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Elmi-praktik konfransda Rəstəcə kənd tam orta məktəbin tarix müəllimi Rahib Rəsulovun "Erməni terrorizmi: Tarix və həqiqətlər”, Küçəkənd kənd tam orta məktəbin tarix müəllimi Elvin İsmayılovun “Qanlı illər: 1905-1907-ci illər”, Qaracallı kənd 2 saylı tam orta məktəbin tarix müəllimi Ziya Mikayılovun “1918-ci ilin mart soyqrımı və onun mərhələli davamı”, Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulovun “1948-ci ildə azərbaycanlıların Ermənistandan departasiyası xalqımızın növbəti faciəsidir”, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfovun “Ermənilərin azərbaycan xalqına qarşı yeni torpaq iddiaları və növbəti soyqırım siyasəti (1970-ci ildən sonra)” barədə məruzələri dinlənilmişdir.
Məruzələrdə vurğulanmışdır ki, mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürülmüş, 72 kənd dağıdılmış, Quba qəzasının isə 122 kəndi yandırılmışdır.
Sentyabra qədər davam edən qırğınlar zamanı 50 mindən çox insan qətlə yetirilmiş, Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını almışdır. Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan 31 mart tarixi Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.