Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonuda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilmişdir.

04 aprel 2016 | 16:00

Aprelin 4-də Ucar rayonu İcra Hakimiyyəti Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali baş Komandan ilham Əliyevin çıxışına dəstək tədbiri keçirilmişdir.

Əvvəlcə vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov düşmənə bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş naliliyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru kimi dəyərləndirdi.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, Küçəkənd kənd ümumi orta məktəbin tarix müəllimi Elvin İsmayılov, şəhid anası, Yuxarı Şilyan kənd sakini Xəysə Cavadova, Qarabağ Əlillər Cəmiyyəti rayon təşkilatının sədri Rahib Rəsulov, YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd etdilər.

Keçidlər