Çernobıl qəzasının 30 illiyi ilə əlaqədar tədbir keçirildi
26 aprel 2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında Çernobıl qəzasının 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov 30 il bundan əvvəl Ukraynanın paytaxtı Kiyev şəhərinin 104 kilometrliyində yerləşən Çernobılda baş vermiş əsrin faciəsi–Atom Elektrik Stansiyasında dünyanı lərzəyə gətirən nüvə partlayışı haqqında məlumat verdi.
Rayonda yaşayan 17 nəfər Çernobıl qəzası əlilinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, rayonun xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Çernobıl əlilləri Yusif Həsənov, Rəşid Rzayev, Səhəddin Məmmədov və Qədim Məmmədov çıxış edərək xatirələrini bölüşməkdə problemlər barədə söz açdılar. Sonda Çernobıl əlillərinə hədiyyələr təqdim olundu.