Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

28 aprel 2016 | 16:00

Əvvəcə tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.

Sonra tədbir rayon mərkəzi xəstəxanasının akt zalında yubiliyara həsr olunmuş elmi-praktik konfransda davam etdi.
Tədbiri açan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov qeyd etdi ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi müasir insanlar tərəfindən diqqətlə araşdırılır və öyrənilir. Belə şəxsiyyətlərdən biri Azərbaycanın tibb elmində və ictimai siyasi həyatında böyük yeri olan və bu gün anadan olmasının 93-cü ildönümünə toplaşdığınız görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevadır.
Rayon mərkəzi xəstəxanasının göz həkimi Elsevər Həmidov,  həkim,  YAP rayon  təşkilatı Qadınlar Şurasının sədrinin     müavini,rayon Qadınlar Şurasının sədri Səidə Ələkbərova, rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı çıxış edərək qeyd etdilər ki, inanırıq ki, bu günkü və gələcək nəsil Zərifə xanım Əliyevanın Vətən qarşısındakı xidmətlərini heç vaxt unutmayacaq, onun xatirəsini əziz tutacaqdır.

 

Keçidlər