Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat vəsait ayrılıb
01 noyabr 2011 | 16:00
Azərbaycan Prezidenti İlham Əliyev Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ucar rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.