Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev–Böyük Azərbaycanlı” elmi-praktik konfrans keçirildi

06 may 2016 | 16:00

06 may 2016-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev–Böyük Azərbaycanlı” elmi-praktik konfrans keçirilmişdir.

Konfransda şəhər 2 saylı tam orta məktəbin  tarix müəllimi Rəna Hüseynova “Heydər  Əliyev–müstəqil Azərbaycanımızın dövlətçilik tarixini  yaradan dahi şəxsiyyət 1969-1982-ci illər”,   rayonun Qaracallı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Elson İbrahimov “Böyük Azərbaycanlı Heydər Əliyev ömrünün 19821993-cü illər dövrü”, rayonun Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov “Heydər Əliyevin Azərbaycan tarixinin 1993-2003-illər dövrü haqqında”,   rayonun Bağman kənd tam orta məktəbin ədəbiyyat müəllimi Əliağa Ağayev “Heydər Əliyev–ümumdünya  tarixinin  azərbaycanlı  dahisi”,şəhər 5 saylı tam orta  məktəbin direktoru Hakim Nəcəfov “Dünya siyasətçiləri Heydər Əliyev haqqında” mövzularda çıxış etmişlər. Çıxışlarda Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin həyat yolu ətraflı işıqlandırılmış və qeyd olunmuşdur ki, nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyevin xatirəsi daim hörmətlə yad ediləcək, xalqımız onu heç zaman unutmayacaqdır.

Keçidlər