Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyun 2016-cı il tarixdə rayon mərkəzi xəstəxanasında 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir

03 iyun 2016 | 16:00

01 iyun 2016-cı il tarixdə rayon mərkəzi xəstəxanasında rayon İcra Hakimiyyəti,  rayon Qeydiyyat İdarəsi ilə birlikdə 1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni anadan olmuş uşaqların valideynlərinə doğum haqqında şəhadətnamənin təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, rayon Qeydiyyat İdarəsinin rəisi Malik Vahidov, rayon uşaq xəstəxanasının baş həkimi əvəzi Səidə Ələkbərova çıxış edərək müstəqil dövlətimizin uşaqlarla bağlı qəbul edilmiş qanunları haqqında ətraflı məlumat vermiş, yeni doğulmuşların doğmalarını təbrik etmiş, vətənimizə layiqli övlad böyütməyi arzulamışlar.

Yeni doğulmuşların valideynlərinin, nənə-babaların, dostların qatıldığı təqdimat mərasimində yeni anadan olmuş 25 nəfər uşağın valideynlərinə təntənəli surətdə doğum haqqında şəhadətnamələr təqdim olunmuşdur.

Keçidlər