Ucar rayonun ümumtəhsil məktəblərində 2015/2016-cı tədris ili üçün “Son Zəng” çalındı
İyun ayının 14-də rayonun 36 tam orta, 7 ümumi orta məktəblərində “Son zəng” çalındı.
Rayonun ümumtəhsil məktəblərində 2015/2016-cı tədris ilində IX sinifi 937 nəfər, XI sinifi 681 nəfər bitirir.
Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi qrafikə əsasən rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri nümayəndə olaraq keçirilən “Son zəng” tədbirlərində iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov şəhər 2 və 3 saylı tam orta məktəblərində keçirilən tədbirlərdə iştirak etmiş, məzunlara müstəqil Azərbaycana layiqli övlad olmağı arzulamışdır.
Məzunların hərbi vətənpərvərlik mövzusunda hazırladığı rəngarəng nömrələr alqışlarla qarşılanmışdır.
Şəhər 2 saylı tam orta məktəb
Şəhər 3 saylı tam orta məktəb