Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2016 | 16:00

23 iyun 2016-cı il tarixdə rayonda dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri, dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

Daha sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdi.

Rayon İcra Hakimiyyətinin  Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını on ildir ki, qeyd edirlər. 

Ötən illərdə 7 nəfər dövlət quluqçusu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov belə şərəfə builki bayram ərəfəsində çatıb.

Daha sonra bir qrup fəal dövlət qulluqçusu rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular.

Keçidlər