Polislərin peşə bayramı günü qeyd olundu
02 iyul 2016-cı il tarixdə Ucar rayon Polis şöbəsində Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü qeyd olunmuşdur.
Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri rayon Polis şöbəsinin şəxsi heyəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu.
Daha sonra rayon Polis şöbəsində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək Azərbaycan Polisinin müstəqillik tariximizdəki xidmətlərini qeyd edərək tədbir iştirakçılarının peşə bayramı münasibətilə təbrik etdi.
Polis günü münasibətilə DİN-nin əmrinə əsasən şöbənin maliyyə hissəsinin rəisi Fərhad Niftəliyevə polkovnik-leytenant rütbəsi, rəis müavini Səbuhi İsmayılova təşəkkür verilmişdir.
Şöbənin əmri ilə 7 nəfər əməkdaşa Təşəkkür, 36 nəfərə pul mükafatı verilmiş, 8 əməkdaşın intizam tənbehi vaxtından əvvəl üzərindən götürülmüşdür.
Həmçinin tədbirdə iştirak edən 10 nəfər polis veteranına hədiyyələr verilmişdir.