Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc çağırışçıların hərbi xidmətə yola salma mərasimi keçirildi

07 iyul 2016 | 16:00

“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən  30-dək   müddətli  həqiqi   hərbi  xidmətə  çağırılması  və müddətli  həqiqi   hərbi   xidmət  hərbi  qulluqçularının  ehtiyata  buraxılması haqqında” Azərbaycan Respublikası  Prezidentinin  02 iyun 2016-cı il  tarixli  Sərəncamına  uyğun olaraq 07 iyul 2016-cı il tarixdə rayon Gənclər evinin qarşısında  Ucarlı çağırışçıların təntənəli hərbi xidmətə yola salma mərasimi keçirilmişdir.

Əvvəlcə rayon ictimaiyyətinin  nümayəndələri və çağırışçılar rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Rafiq Qədirov açaraq çağırışçılar qarşısında duran vəzifələr haqqında məlumat verdi.

Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, valideyn Məhəmməd Bayramov, şəhid qardaşı Kamran Səmədov, çağırışçı Arif Səmədov, Qarabağ Əlillər Cəmiyyətinin sədri Rahib Rəsulov çıxış edərək əsgərlərə yaxşı yol arzuladılar.

Rayon məktəblilərinin hazırladığı hərbi vətənpərvərlik mövzusunda kompozisiya alqışlarda qarşılandı.

Daha sonra əsgərlər Azərbaycan Bayrağını dizi üstə öpərək, avtobusla yola salınmışdır.

Keçidlər