Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Lək kəndində görüş keçirilmişdir

09 sentyabr 2016 | 16:00

Sentyabrın 9-da “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat  kampaniyası  çərçivəsində  Ucar rayonunun Lək kəndində  seçicilərlə görüş keçirildi. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Vüsal Hüseynov Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu vurğuladı.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, Lək kənd sakini Sevda Abdullayeva çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə “hə” deyəcəklərini bildiriblər.

Keçidlər