Şriftin ölçüsü :

Saytın rəngi :

“Bələdiyyə” referendum üzrə təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Qarabörk kəndində seçicilərlə görüş keçirilmişdir

19 sentyabr 2016 | 16:00

Sentyabrın 19-da “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat  kampaniyası  çərçivəsində  Ucar rayonunun Qarabörk  kəndində  seçicilərlə görüş keçirildi. Yığıncağı açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

Milli Məclisin deputatı Vüsal Hüseynov Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin siyasi əhəmiyyəti  və dövlət idarəçiliyinin daha da möhkəmləndirilməsi  barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini günün və zamanın tələbi olduğunu vurğuladı.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, seçicilərdən Sabir Cəfərov, Elvin İsmayılov və Rəhman Səfərov çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə “hə” deyəcəklərini bildiriblər.

Keçidlər