Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilmişdir

19 sentyabr 2016 | 16:00

Sentyabrın 19-da “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat  kampaniyası  çərçivəsində  YAP Ucar  rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş  keçirmişlər. Yığıncağı  YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva  açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Vüsal Hüseynov Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğu, Azərbaycan dövlətçiliyinə xidmət etməsi barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini xalqın iradəsini əks etdirdiyini xüsusi vurğulamışdır.

Yığıncaqda gənc seçicilər Oruc Piriyev və Nuru Piriyev çıxış edərək Konstitusiyada edilən dəyişikliklərin gənclərimiz üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə “hə” deyəcəklərini bildiriblər.

 

Keçidlər