Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun fəal qadın seçicilərilə görüş keçirmişdi

20 sentyabr 2016 | 16:00

Sentyabrın 20-də “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat  kampaniyası  çərçivəsində  YAP Ucar  rayon təşkilatının qərargahında rayonun fəal qadın seçicilərilə görüş  keçirmişlər. Yığıncağı  YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva  açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğu, Azərbaycan dövlətçiliyinə xidmət etməsi barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini xalqın iradəsini əks etdirdiyini xüsusi vurğulamışlar.

Yığıncaqda Yaqut Zeynalova və Səidə Ələkbərova çıxış edərək Konstitusiyada edilən dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə “hə” deyəcəklərini bildiriblər.

Keçidlər