“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayon mərkəzində seçicilərilə görüş keçirdi
Sentyabrın 23-də “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayon mərkəzində seçicilərilə görüş keçirmişlər. Yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğu, Azərbaycan dövlətçiliyinə xidmət etməsi barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini xalqın iradəsini əks etdirdiyini xüsusi vurğulamışlar.
Yığıncaqda rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov seçicilər adından çıxış edərək Konstitusiyada edilən dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə “hə” deyəcəklərini bildiriblər.