Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi

18 oktyabr 2016 | 16:00

18 oktyabr 2016-cı il tarixdə Ucar rayonunda  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

Rayon ictimaiyyətinin nümayəndələri Ümummmilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Tarixi özündə əks etdirən video çarxa tamaşa edildi.

Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov tədbiri açaraq müstəqillik tariximiz haqqında məlumat verdi.

Şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov, Qazyan kənd 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Yaqut Zeynalova, rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov və Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi rayon təşkilatının sədri Rahib Rəsulov çıxış edərək qeyd etdilər ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edib.A 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanın dünyaya,  dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi.

Keçidlər