Ucar rayonunda növbəti qanvermə aksiyası keçirildi
20 oktyabr 2016 | 16:00
20 oktyabr 2016-cı il tarixdə Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, təhsil, səhiyyə müəssisələrinin işçiləri iştirak etmişlər.
Qan vermək üçün müraciət edənlərin 124 nəfərindən qan götürülmüşdür.