“Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar müşavirə keçirilmişdir
04 noyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Başçı yanında dini komissiyanın sədri Əliş Cəbrayılov açdı.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini deyib. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə metodları istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Araz Əhmədov məruzə ilə çıxış edərək ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Tədbirdə, həmçinin Ucar şəhər “Cami” məscidinin axundu Elnur Rəhimov və Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri və axundu Zaur Eyvazov mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.