Şriftin ölçüsü :

Saytın rəngi :

“9 noyabr - Azərbaycanın Respublikasının Dövlət Bayrağı Gününə” və “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Gününə” həsr olunmuş tədbir keçirildi

08 noyabr 2016 | 16:00

08  noyabr 2016-cı il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində “9 noyabr - Azərbaycanın Respublikasının Dövlət  Bayrağı  Gününə”  və  “12  noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Gününə” həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət Himni səsləndirildikdən sonra rayonun ümumtəhsil məktəblərinin şagirdləri şeir çələngi təqdim etdilər.

“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Rəna Hüseynova, “Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov geniş məruzələrlə çıxış etdilər. Sonda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov tədbir iştirakçılarını bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Keçidlər