16 noyabr - Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirildi
11 noyabr 2016-cı il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, BBMM, AMEA və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 Noyabr - Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq qeyd etdi ki, bu gün bəşəriyyəti ən çox düşündürən məsələlərdən biri insanlar, cəmiyyətlər, dinlər və məzhəblərarası münasibətlərdir. Çünki bəşəriyyətin gələcəyi müəyyən mənada tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır.
AMEA, Fəlsəfə və Hüquq İnstitutu, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin aparıcı elmi iççisi Elsevər Səmədov Tolerantlıq Azərbaycanda həyat tərzi və dövlət siyasətidir fikirlərini söyləyərək mövzu ətrafında geniş məruzə etdi.
Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsi Hakim Nəcəfov, rayon “Came” məscidinin axundu Elnur Rəhimov və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev mövzu ətrafında çıxış etdilər.