Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində məktəblilər yola salındı

12 noyabr 2016 | 16:00

12 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın  növbəti mərhələsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər məktəblisi Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıblar. Yeniyetmələr üç gün ərzində  bu bölgələrin tarixi və mədəni  abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.

Təntənəli yola salmada məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yola salma mərasimində Ucar rayon icra hakimiyyətinin başçısının birinci müavini Əliş Cəbrayılov bildirib ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər Qəbələ, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi-mədəni abidələr, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili əyləncəli proqramlarda iştirak edəcəklər.

Qeyd edək ki, 3 gün davam edəcək tur aksiyada şagirdləri  4  müəllim və 1 həkim müşahidə edəcək. Məktəblilər musiqi sədaları altında yola salınıblar.

Keçidlər