“Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdid"lərin müzakirəsi və "Narkomaniyaya YOX deyək" məqsədilə rayon konfransı keçirildi
14 noyabr 2016-cı il tarixdə Ucar şəhəri Heydər Əliyev Mərkəzində Ucar rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Polis şöbəsinin təşəbbüsü ilə “Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdid"lərin müzakirəsi və "Narkomaniyaya YOX deyək" məqsədilə rayon konfransı keçirilmişdir.
Tədbirdə rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon gəncləri və yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbirdə narkotiklərin acı təzahürləri və narkomaniya mövzusunda rayon Polis şöbəsinin əməliyyat üzrə rəis müavini Rasim Mirzəyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun Baş Əməliyyat Müvəkkili Elnur Mayılov, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ata Hacıyev, Alpı kənd tam orta məktəbin direktoru Rauf Məmmədov, Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin Ucar bölməsinin rəisi Əzim Rəfiyev, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov çıxış etmiş və rayon ümumtəhsil məktəbləri tərəfindən hazırlanmış video çarx nümayiş etdirmişdir.