Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ucar rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirildi

21 noyabr 2016 | 16:00

21  noyabr  2016-cı il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə təşkilatın qərargahında tədbir keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon təşkilatının fəalları əvvəlcə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq partiyanın keçdiyi şərəfli yol barədə məlumat verərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasını yaratmaqda əsas məqsəd ölkədə sosial ədaləti bərpa etmək, xalqımızı təhlükələrdən uzaq tutmaq, möhkəm dövlət yaratmaq, azərbaycançılıq ideologiyasını formalaşdırmaq idi. Zaman sübut etdi ki, bütün bu məsələlər öz reallığını tapdı. Bu gün Azərbaycanda sosial bərabərlik hökm sürür, insanlar fəaliyyətləri ilə dövlətçiliyə, azərbaycançılıq ideologiyasına dayanmadan xidmət edirlər.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, rayon  təşkilatı Qadınlar Şurasının sədri Səidə Ələkbərova, rayon Mədəniyyət və Turizm şöbəsi ərazi təşkilatının sədri Alı Babayev və rayon təşkilatı Qərargahının mütəxəssisi Ülvi Qəhrəmanzadə çıxış edərək qeyd etdilər ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir, ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir. Bununla yanaşı partiya cəmiyyətlərimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirir. Ulu öndərimizin çox müdrik sözləri ilə desək “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Tədbirin sonunda bir qrup YAP üzvlərinə üzvülük vəsiqələri, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəaliyyətində əməyi olan bir qrup rayon təşkilatının üzvünə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər