Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş keçirildi

27 yanvar 2017 | 16:00

27 yanvar 2017-ci il tarixdə Ucar rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi ilə birgə hərbi xidmətdən ehtiyata buraxılmış gənclərlə Heydər Əliyev Mərkəzində görüş keçirmişlər.

Görüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra Heydər Əliyev Muzeyi ilə tanış oldular.

Görüş iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olan əsgərlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Görüşü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Rafiq Qədirov açaraq gəncləri xidməti başa vurmaları münasibətilə təbrik etdilər.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Əli Hüseynov, rayon İcra Hakmiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri  Şəhla Abdullayeva, Aprel döyüşlərinin iştirakçısı Yasin Musayev çıxış edərək gənclərin cəmiyyətdəki rolunu, gələcək fəaliyyətləri ilə bağlı fikir və tövsiyələrini bölüşdülər.

Hərbi xidməti nümunəvi başa vuran gənclərin bir qrupuna qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər