Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral Gənclər Günü” münasibətilə Aran sarayda tədbir keçirildi

02 fevral 2017 | 16:00

02 fevral 2017-ci il tarixdə “2 fevral Gənclər günü” münasibətilə Ucar rayon mərkəzində yerləşən “Aran” sarayda rayon İcra Hakimiyyətinin YAP Ucar rayon təşkilatı ilə birgə  tədbiri keçirildi. Tədbirdə ali məktəblərdə təhsil alan   tələbələr, rayonun idarə və təşkilatlarında çalışan gənclərin bir qrupu və respublikanın təşkil etdiyi idman yarışlarında qalib olmuş idmançılar iştirak etmişlər.

Əvvəlcə rayon gənclərinin bir qrupu rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq bayram münasibətilə tədbir iştirakçılarını salamladı, onları təbrik etdi və çıxışında qeyd etdi ki, bu gün her kəsə məlumdur ki, 2 fevral gününün Gənclər günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.

Ali məktəb tələbələrindən Aytac Cabbarova, Gülər Məmmədova, Ramin Xıdırov, Elsevər Fərzəliyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Nuru Piriyev, aprel döyüşləri iştirakçısı Yasin Musayev,  rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov öz çıxışlarında qeyd etdilər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və biz gənclərə – Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Rayon İcra hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə 2016-cı ildə rayonu respublika əhəmiyyətli yarışlarında yüksək nəticələr əldə etmiş idmançılarına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri, YAP rayon təşkilatının bir qrup fəalına hədiyyələr təqdim olundu.

Keçidlər