8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu
07 mart 2017-ci il tarixdə İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarlın bir qrupu ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə aşan rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov qeyd etdi ki, qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvülük, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunmuşdur. Insan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Rayon Qadınlar Şurasının sədri Səidə Ələkbərova, rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Təhsil şöbəsinin məsləhətçisi Yeganə Süleymanova, əmək veteranı Səridə Tağıyeva çıxış edərək göstərilən diqqət və qayğı üçün Respublika Prezidentinə minnətdarlıqlarını bildirdilər.