Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ucar rayonunda bayram toplantısı keçirilib.

08 mart 2013 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ucar rayonunda bayram toplantısı keçirilib. Müxtəlif sahələrdə, idarə müəssisə və təşkilatlarda çalışan qadınların iştirak etdiyi tədbirdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov tarixən Azərbaycan qadınının göstərdiyi fədakarlıqdan, yeni nəslin tərbiyəsindəki rolundan söz açıb. Bildirib ki, Ucarda əhalinin 51 faizin zərif cinsin nümayəndələri təşkil edir. Onlardan 22 nəfər körpələr evinin, 11 nəfəri orta təhsil ocağının rəhbəri kimi fəaliyyət göstərir. 12 qadın icra strukturlarında çalışır. Səhiyyə və mədəniyyət ocaqlarında işləyənlərin əksəriyyəti də əks cinsin nümayəndələridir. Son illər Ucarda dövlət başçısının sərəncamı ilə 7 qadın müxtəlif fəxri adlara layiq görülüb. Rayon rəhbəri xüsusilə vurğulayıb ki, Ucarda həyata keçirilən quruculuq, abadlıq və əsaslı yenidənqurma işlərində, sosial layihələrin icrasında zərif cinsin nümayəndələri daha çox fəallıq göstərirlər. Bayram toplantısında qadınların nümayəndələri bildiriblər ki, vaxtı ilə Ümummilli liderimiz Heydər Əliyev qadın əməyinə çox böyük qiymət verib. Onların qarşılaşdığı problemlərin həllinə həssaslıqla yanaşıb. Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Tədbirin sonunda əməkdə, təhsildə, ictimai işlərdə fərqlənən rayon qadınlarına hədiyyələr verilib

Keçidlər