Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl qəzasının 31-ci ildönümünə həsr olunmuş görüş keşirildi.

26 aprel 2017 | 16:00

26 aprel 2017-ci il tarixdə Ucar rayon İcra Hakimiyyəti Baçısı Aparatının akt zalında  Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar Çernobıl əlilləri ilə görüş keçirilmişdir.

  Görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov açaraq qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyev keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri kimi 31 il əvvəl dünya nüvə energetikası tarixində ən böyük fəlakət olan Çernobıl qəzasının aradan qaldırılması işinə rəhbərlik etmiş, ağır günlərdə dəfələrlə qəza zonasında olmuş və hər şeyi  bilavasitə yerində öz gözləri ilə görmüşdür. Görkəmli dövlət xadiminə Çernobıl faciəsinin nə demək olduğu hamıdan yaxşı bəlli idi. Elə bu səbəbdən məhz ümummilli liderimizin qayğı və təşəbbüsü sayəsində 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin  qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir.

   Həmin  Qanuna və Ölkə Prezidenti cənab İlham Əliyevin son illərdə verdiyi bir sıra sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər Çernobıl qəzası əlillərinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynamışdır.

   Çernobıl qəzası əlilləri çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını  bildirmişlər.

Keçidlər