Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.
27 aprel 2017-ci il tarixdə rayon İcra Hakimiyyəti görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Əvvəcə tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.
Tədbiri açan rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədov qeyd etdi ki, Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı anası kimi də tariximizə düşmüşdür.
O görkəmli ictimai siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış və həyatın çətin sınaqlarını görmüş, ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlamış, Azərbaycan dövlətinin lideri və prezidenti cənab İlham Əliyev kimi övlad böyütmüşdür.
Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə onun da adı tariximizə yoldaşlıq edəcək, onunla bir addımlayacaqdır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı, rayon Uşaq xəstəxanasının həkim, YAP rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Səidə Ələkbərova çıxış edərək qeyd etdilər ki, inanırıq ki, bu günkü və gələcək nəsil Zərifə xanım Əliyevanın Vətən qarşısındakı xidmətlərini heç vaxt unutmayacaq, onun xatirəsini əziz tutacaqdır.