Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir.
05 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı tematik tədbir keçirilmişdir.
İlk əvvəl ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhər 4 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti və xidmətlərindən söz açılmış, şerlər söylənilmiş, mahnılar oxunmuşdur. Şagirdlər çıxışlarında Ulu öndərimizin bütün ömrünü Azərbaycan xalqının firavan yaşamasına, dövlətimizin çiçəklənməsinə və möhkəmlənməsinə həsr etdiyi, Heydər Əliyev siyasi kursunun layiqli varisi, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın daha da inkişaf edəcəyi vurğulanmışdır.