Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 58692 nəfər pulsuz tibbi müayinələrdən keçmişdir.

15 may 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar “Ucar rayon əhalisinin  tibbi müayinədən keçirilməsi haqqında” rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2017-ci il tarixli Sərəncamı ilə komissiya yaradılmış, əhalinin tibbi müayinədən  keçirilməsi  rayon mərkəzi, Qazıqumlaq və Bərgüşad  kənd xəstəxanalarında  təşkil edilmiş, xüsusi qrafik əsasında fevral ayının 15-dən may ayının 15-dək 58692 nəfər rayon əhalisi tibbi müayinədən keçirilmişdir.

Tibbi müayinədən keçənlərin 3703 nəfərinə ambulator müalicə təyin edilib, 51 nəfər stasionar müalicəyə cəlb olunmuş, 13 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstəlik aşkar edilən 27 nəfər müalicəsini davam etdirmək üçün paytaxtın ixtisaslaşdırılmış tibb  müəssisəsinə göndərilib.

Rayon sakinləri əhalinin sağlamlığının qorunmasına istiqamətləndirilən bu təşəbbüsə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər