Yeni doğulan körpələrin valideynlərinə doğum haqqında şəhadətnamələr təqdim olundu.
01 iyun 2017 | 16:00
01 iyun 2017-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon uşaq xəstəxanasının akt zalında yeni doğulan körpələrin valideynlərinə doğum haqqında şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Rayon Qeydiyyat şöbəsinin müdiri Malik Vahidov, rayon uşaq xəstəxanasının həkimi, rayon Qadınlar Şurasının sədri Səidə Ələkbərova valideynləri təbrik etmiş, doğum haqqında şəhadətnamələr təqdim olunmuş, körpələr müayinə edilmişdir.
Valideynlər yaradılan şəraitə və diqqətə görə Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.