01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.
01 iyun 2017 | 16:00
01 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən məktəbəqədər müəssisələrin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Çıxışlarda hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlar olduğu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrildiyini vurğulamışlar.
Uşaqların ifasında hazırlanan rəngarəng mahnıları və rəqsləri bayram şənliyində iştirak edən uşaqlar, onların müəllim və valideynləri böyük razılıqla qarşılamışlar.