Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ildə Ucar rayonunda sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədovun hesabatı

15 fevral 2013 | 16:00

8 2012-ci ildə Ucar rayonunda sosial-iqtisadi sahədə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər. İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov hesabat məruzəsində bildirib ki, ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan müddəalar uğurla həyata keçirilib. Prezidentin ehtiyat fondundan ayrılan 2 milyon manat vəsait ictimai yaşayış binalarının dam örtüyünün dəyişdirilməsinə, şəhər və məhəllədaxili yolların təmir-bərpasına və digər quruculuq –abadlıq işlərinə həsr olunub. Rayonda bayraq meydanı tikilib. İl ərzində 2 tam orta məktəb binası istifadəyə verilib. 2 təhsil ocağının tədris korpuslarında son tamamlama işləri aparılır. 2012-ci ildə Ucarda 494 daimi iş yeri açılıb. 118 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Qazıqumlaq, Məlikballı və Xələc kəndlərində 1500 nəfərə yaxın abonent mavi yanacaqla təmin olunub. Hazırda 2 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilir. Həyata keçirilən sosial-iqtisadi tədbirlərin nəticəsidir ki, hesabat ilində ümumi məhsul buraxılışı 6,4 %, kənd təsərrüfatı məhsulları istehsalı 8,8 %, investisiya qoyuluşu 43,2 % artıb. Ötən il Ucar şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına da başlanılıb. Hesabat yığıncağında qarşıda duran vəzifələr də ətraflı təhlil olunub. Millət vəkili Elton Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış ediblər. Yığıncaq iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub. 2012-ci ildə rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxs mükafatlandırılıb.

Keçidlər