Tibb işçilərinin peşə bayramı qeyd olundu
16 iyun 2017-ci il tarixdə Ucar rayon mərkəzi xəstəxanasında 17 iyun–Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
İlk öncə rayon mərkəzi xəstəxanasının işçilərinin bir qrupu rayon mərkəzindəki Ümummmilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə rayon mərkəzi xəstəxanasınan baş həkimi Zeynal Bayramlı açaraq qeyd etdi ki, tibb işçiləri bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.
Rayon mərkəzi xəstəxanasının həkimi Oqtay Ələkbərov və rayon Uşaq xəstəxanasın həkimi Səidə Ələkbərova çıxış edərək qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxışında bütün tibb işçilərini peşə bayramı münasıbəti ilə təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı və qeyd etdi ki, son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rayona hər səfərində bu tibb müəssisələrinin açılışında iştirakı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərinin məsuliyyətini artırmışdır.
Tədbirin sonunda bir sıra tibb işçisinə Fəxri Fərmanlar təqdim olundu.