Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ucar rayon təşkilatının VIII konfransı keçirilmişdir

17 iyun 2017 | 16:00

17 iyun 2017-ci il tarixdə Ucar Heydər Əliyev Mərkəzində YAP Ucar rayon təşkilatının VIII konfransı keçirilmişdir.

Əvvəlcə qonaqlqr rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək qoydular.

Dövlət himni səsləndi, konfransın gündəliyi təsdiq olundu.

Konfransı açan rayon təşkilatının sədri Şəhla Abdullayeva rayon təşkilatının VII konfransından keçən dövr–01 dekabr 2011-ci il tarixdən hazıradək təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məruzə etdi.

Qeyd olundu ki, müasir tariximizin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etdirmiş bu nadir şəxsiyyətin, siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Cəmi 25 il müstəqillik tarixi olan Azərbaycan  155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu quruma qeyri-daimi üzv seçilmiş və müxtəlif vaxtlarda həmin təşkilata iki dəfə sədrlik etməklə dünyada söz sahibi olan dövlətlərin sırasına qoşulmuşdur. Hər birimiz üçün böyük iftixar mənbəyi olan Azərbaycanın üçrəngli bayrağı  bu gün BMT, Avropa Şurası, ATƏT və digər mötəbər beynəlxalq qurumların iqamətgahları önündə dalğalanır.

"YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır". Ümummilli Liderin bu tezisi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələtçilikdir.

Yeni Azərbaycan Partiyasının ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan Ucar rayon təşkilatı hesabat dövründə öz işini partiyanın Proqram və Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə, partiya rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü işlər aparmış, bir sıra tədbirlər həyata keçirmişdir.Hazırda rayon təşkilatında partiya üzvlərinin sayı 3937 nəfərdir ki, bunların 2294 nəfəri (58,2 %) qadınlar, 1231 nəfəri (31,2 %) gənclərdir.

Partiya üzvlərindən 4 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalına, 3 nəfər "Tərəqqi" medalına, 4 nəfər "Qabaqcıl Təhsil işçisi" döş nişanına və Fəxri Fərmanına, 1 nəfər "Əməkdar Müəllim", 2 nəfər "Ən yaxşı müəllim" adına layiq görülmüşdür.

Hazırda rayon üzrə 68 ərazi təşkilatının sədrlərinin 52 nəfəri ali, 16 nəfəri orta ixtisas təhsilli olmaqla, 18 nəfəri qadın, 9 nəfəri 18-35 yaşadək gəncdir.

Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev 2015-ci ilin oktyabr ayının 06-da rayon mərkəzində bir sıra obyektlərin, o cümlədən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının müasir tipli, 3 mərtəbəli, hər cür şəraitlə təmin olunmuş yeni binanın açılış mərasimində iştirak etmiş,  rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etmiş, rayonda görülmüş işlər barədə səmimi fikirlərini söyləmiş, tapşırıq və tövsiyyələrini vermişdir.

Cənab Prezidentin bu səfəri rayonumuzun tarixində unudulmaz hadisəyə çevrilmiş, onun tapşırıq və tövsiyyələri rayon əhalisi, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvüləri tərəfindən proqram sənədi kimi qəbul edilmişdir.

Hesabat dövründə keçirilən 2013-cü ilin prezident seçkisi, 2014-cü ilin bələdiyyə seçkisi, 2015-ci ilin parlament seçkisi, 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ümumxalq səsverməsi-referendum dövründə rayon təşkilatı YAP-ın İcra Katibliyinin, Mərkəzi Aparatın təlimat və tövsiyyələrinə uyğun olaraq, seçki kompaniyyalarının uğurla və qələbə ilə həyata keçməsi üçün bütün zəruri tədbirləri görmüşdür.

Sonda sədr vurğuladı ki, Ucar rayon təşkilatının bütün üzvüləri 2018-ci ildə keçiriləcək Prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyəcəklərini bu gün bəyan edirlər. Ucarlı YAP-çılar bundan sonrada aparılan siyasi mübarizənin önündə gedəcək, təşkilatın fəaliyyətini daha da möhkəmləndirəcək, Heydər Əliyev siyasi məktəbinin mübariz, mətn əsgəri olduğunu, "Dünənin, bu günün və gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyasının layiqli üzvü olduqlarını sübut edəcəkdir.
Daha sonra Nəzarət Təftiş Qrupunun sədri Vaqif Mehdiyev hesabat verdi. Rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Səidə Ələkbərova, Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov, rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış etdilər. Qonaqlar Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, YAP Siyasi Şurasının üzvləri  Aydın Mirzəzadə və Mirkazım Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüsal Hüseynov  çıxışlarında YAP rayon təşkilatının qarşısında duran vəzifələr barədə tövsiyələrini bildirdilər.

Konfransda təşkilati məsələlərə baxıldı. 29 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə Heyəti seçildi

Şəhla Abdullayeva yenidən YAP Ucar rayon təşkilatının sədri seçildi.

Bir qrup YAP sıralarına yeni qəbul olunmuş üzvlərə üzvülük vəsiqəsi təqdim olundu.

Keçidlər