Şriftin ölçüsü :

Saytın rəngi :

Səpinin vaxtında və keyfiyyətlə aparılmasi taxılçılıqda həlledici mərhələdir

14 avqust 2017 | 16:00

Ucar rayonunun kənd zəhmətkeşləri, fermerlər 2017-ci ildə 11986,0 hektar sahədə taxıl əkərək 28446,0 ton məhsul əldə etmişlər ki, bu da keçən illə müqayisədə 470,0 ton çox olmuş, məhsuldarlıq hər hektardan 23,7 sentner təşkil etmişdir.

Taxılın əkilməsində aqrotexniki qaydalara əməl olunmaqla yığımında da problem olmamış, kifayət qədər kombayn tarlalara çıxarılmışdır.

Digər sahələr kimi, taxılçılığa da dövlət qayğısını hiss edən rayonun fermerləri gələn il daha yüksək nəticələr əldə etmək üçün səylərini artıracaq, aqrotexniki qaydalara lazımi qaydada əməl etməklə məhsuldarlığı yüksəldəcəklər. Bunun üçün rayonda hər cür şərait yaradılmışdır.

Keçidlər