Şriftin ölçüsü :

Saytın rəngi :

İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Dan Stavin Ucar rayonuna işgüzar səfər etmişdir

22 avqust 2017 | 16:00

22 avqust 2017-ci il tarixdə İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Dan Stavin Ucar rayonuna işgüzar səfər etmişdir.

Cənab səfiri və onu müşayiət edən şəxsləri rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov qəbul etmiş, rayonun iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı ilə bağlı məlumatlandırmışdır. Görüşdə rayonda pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərar və tövsiyələrinə uyğun olaraq son illərdə görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən geniş söhbət açılmış, rayonda yeni yaradılan aqroparkın kənd təsərrüfatına verəcəyi töhvə, yeni iş yerlərinin yaradılması sahəsində xüsusi rolu olacağı qeyd olunmuşdur.

Dost ölkənin səfiri “Ucar-pambıq” MMC-nin, “Qarant Aqro” quşçuluq MMC-nin fəaliyyətləri ilə yerində tanış olmuş, əməyin və istehsalın təşkili ilə maraqlanmış, hər iki müəssisənin yüksək texnologiyaya əsaslanan işindən razılığını bildirmişdir.

Səfir və rayon İcra Hakimiyyətinin nümayəndələri və fermerlər rayonun Lək kəndində pambıq sahələrinə baxış keçirmişlər. Dan Stavin pambığa göstərilən aqrotexniki xidmətdən razı qalaraq İsrail və Azərbaycan dövlətləri arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin bundan sonra da inkişaf edəcəyini qeyd etmişdir.

Keçidlər