Şriftin ölçüsü :

Saytın rəngi :

UCARDA NOVRUZ ŞƏNLİYİ

19 mart 2013 | 16:00

Xalqımızın milli bayramı olan Novruz bayramı Ucar rayonunda da böyük təntənə ilə qeyd edilmişdir. Bayram ərəfəsində, o cümlədən çərşənbələrdə rayonun müxtəlif yerlərində şənliklər keçirilmiş, tonqallar yandırılmış, milli adət-ənənələrə uyğun tədbirlər təşkil edilmişdir. 18 mart 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzinin önündə rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbir daha möhtəşəm olmuşdur. Tədbirdə rayonun ayrı-ayrı kəndlərinin təşkil etdikləri bayram süfrələri qədim adət-ənənələrə uyğun təşkil olunmuş, məişət səhnələri hamının marağına səbəb olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayon camaatını təbrik etmiş, Bakıdan gəlmiş incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilmişdir.

Keçidlər