Ucar Zəhmetkəşləri tərəfindən Ağ qızılın yığılaraq qəbul məntəqələrinə təhvil verilməsi başlanıldı
Ucar rayonunda bir neçə gündür ki, kütləvi pambıq yığımı kampaniyasına başlanılıb və sentyabrın 7-də ilk lafet karvanı “Ucar-Pambıq” ASC-yə yola salınıb.
Rayon rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə pambıq dolu lafetlər göndərilib. Bundan 20,2 ton pambıq Ucar MKT–yə təhvil verilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ucar-Pambıq” ASC-nin direktoru Şaban Səmədov çıxış edərək bölgələrdən ənənəvi sahələrinin, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.
İcra başçısı cari ildə rayonda 2500,0 hektarda pambıq yetişdirildiyini bildirib. Əkin sahələrinin 1711,0 hektarı Ucar MKT, 695,0 hektarı MMC, 94,0 hektarı isə Ucar Kənd Təsərrüfatı MMC-yə təhvil veriləcək. Bununla bağlı müvafiq olaraq 117 nəfərlə müqavilə bağlanılıb. Rayonun Bərgüşad, Yuxarı Şilyan, Müsüslü və bir sıra digər inzibati ərazi dairələrində daha çox “Ağ qızıl” yetişdirilib.
Məhsul yığımına 700 nəfərədək rayon sakini cəlb olunub. İndiyədək 20,5 ton pambıq yığılıb. Məhsul toplanışı kampaniyası sürətlə davam edir.
Şəhərin Heydər Əliyev prospektindən yola salınan lafet karvanı rayon musiqiçilərinin ifasında şən mahnı sədaları ilə müşayiət olunub.