Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir

08 sentyabr 2017 | 16:00

08 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ucar rayonunun Təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

Konfransda rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin direktorları, qabaqcıl müəllimlər, ali məktəbə qəbul olunmuş tələbələrin bir qrupu, veteran müəllimlər olmaqla 230 nəfər iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.

Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov “2016/2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış etdi.

Şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, Ucar rayonu üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsində ən yüksək bal (59 bal) toplayan Yeganə Hüseynli, şəhər 1 nömrəli məktəb-liseyin dil-ədəbiyyat müəllimi Sveta Mikayılova, bu il 665 bal toplayaraq Bakı Dövlət Universitetinin tarix müəllimliyi  fakultəsinə daxil olan Təzə Şilyan kənd tam orta məktəbin məzunu Simarə Məmmədova, Küçəkənd tam orta məktəbinə ingilis dili müəllimi təyin edilmiş Fatimə Şəfiyeva, Qazıqumlaq kənd tam orta məktəbin tarix müəllimi Tağı Nəbiyev çıxış edərək əldə olunmuş nailiyyətlər haqqında məlumat verdilər.

Respublika Təhsil Nazirliyinin nümayəndəsi Aydın Rəhimov,  rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov tədbir iştirakçılarını salamlayaraq yeni dərs ili münasibətilə təhsil işçilərini təbrik etdilər, təhsilə göstərilən dövlət qayğısına əməli işlərlə cavab vermək üçün bütün qüvvələrini səfərbər etmələrini arzuladılar.

11 nəfərdən ibarət Şura seçildi.

Təhsil işçiləri adından Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

1 qrup qabaqcıl təhsil işçisi rayon Təhsil şöbəsinin Fəxri Fərmanı ilə təltif olundu.

Keçidlər