Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr-Bilik günü münasibətilə tədbirlər keçirildi

15 sentyabr 2017 | 16:00

15 sentyabr 2017-ci il tarixdə rayonun 45 ümumtəhsil məktəbində 15 sentyabr-Bilik günü ilə əlaqədar rəngarəng tədbirlər keçirildi.

2017-2018-ci tədris ilində 11839 nəfər məktəblərdə təhsillərini davam etdirəcək. Onların təlim-tərbiyəsi ilə 1100 nəfərə yaxın müəllim ordusu məşğul olacaqdır.

Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmaqla tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayon Təhsil şöbəsinin nümayəndələri, aidiyyatı təşkilat rəhbərləri iştirak etmişlər.

Şəhər 1 saylı məktəb-liseyin “Bilik günü” tədbirində iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki,  bildiyiniz kimi “Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr-“Bilik günü” kimi qeyd edilir. İcra başçısı bütün məktəb kollektivini və şagirdləri “Bilik günü” münasibətilə təbrik etdi, onlara bu önəmli və zəhmətli yolda uğurla addımlamağı, müstəqil çiçəklənən Azərbaycanımızın fəal qurucuları olmalarını arzuladı.

Keçidlər